Mətbəx liftləri

50 kq-dan 500 kq-dək yük qaldırma qabiliyyətli və sürəti 0.35 m/s qədər kiçik yük (restoran) liftləridir. Kiçik yük liftlərindən daha çox restoran, mehmanxana, xəstəxana, və camaşırxanalarda, eləcə də bank, kitabxana, ambar və şəxsi koteclərdə tətbiq olunur. Bəzən belə liftləri xidməti və ya mətbəx liftləri adlandırırlar. Kiçik yük lifti demək olar ki, tam səssiz işləyir və çox az elektrik enerjisi sərf edir. Bu liftlər xidmət zonası üçün əlavə yer tutmayan şaquli açılan qapılarla (gilyotinli), habelə yarım-avtomatik qapılarla istehsal olunur. Kabinin və qapıların işləmələri ərzaq üçün nəzərdə tutulan paslanmayan poladdan və ya daha sadə işləmədən ibarət ola bilər. Kiçik yük lifti metal şaxta ilə komplekt halında təmin oluna bilər və ya Sifarişçinin təchiz etdiyi hazır şaxtada quraşdırıla bilər.